Şəkidə yol qəzasında iki nəfər xəsarət alıb

Şəkidə yol qəzasında iki nəfər xəsarət alıb
# 15 sentyabr 2019 07:53 (UTC +04:00)


Sentyabrın 14-dən 15-ə keçən gecə Şəki rayonunun Qayabaşı kənd sakinləri -1997-ci il təvəllüdlü Elamin Sabir oğlu Salahlı və 1997-ci il təvəllüdlü Taleh Məmmədvəli oğlu Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

APA-nın şimal-qərb bürosunun ilkin məlumatına görə, E.Salahlı və T.Əzizov Şəki rayon ərazisində yol qəzasına düşüblər.

Yaralılardan E.Salahlının vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. T.Əzizova yumşaq toxumaların əziyi dioqnozu qoyulub, vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR