Şəkidə yük maşını aşıb - FOTO

Şəkidə yük maşını aşıb - FOTO
# 26 may 2022 12:12 (UTC +04:00)

Şəkidə yük maşını aşıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında şəhərin Süleyman Eldarov küçəsində baş verib. Şəhər sakini Zur Lətifov idarə etdiyi “KamAZ” markalı yük maşınının banında olan mişar daşını boşaltmaq istəyən zaman maşın aşıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Z. Lətivov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onun vəziyyətinin otra-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR