Şəmkirdə 1 ailənin 5 üzvü yol qəzasında xəsarət alıb  - YENİLƏNİB - ADLAR

Şəmkirdə 1 ailənin 5 üzvü yol qəzasında xəsarət alıb  - YENİLƏNİB  - ADLAR
# 21 sentyabr 2022 08:10 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ailə üzvlərinin adı məlum olub.

APA xəbər verir ki, xəsarət alan sürücü Nəriman Abbasovla yanaşı digər dörd nəfərin adı aşağıdakı kimidir:

Ruqiyə Abbasova (1977) ;

Xuraman Abbasova (2000) ;

Aytac Abbasova (2002) ;

Elmira Abbasova (2014).
***

Saat 08:00

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşınının sürücüsü təmir aparılan yolla hərəkət etdiyindən qarşısına qəfil maneə çıxıb.

Nəticədə sürücü avtomobili saxlaya bilməyib və yol kənarına tökülən çınqıl daş yığınına çırpılıb.

Qəza zamanı 1 ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR