Şəmkirdə elektrik yarımstansiyasında yanğın olub - FOTO - YENİLƏNİB - VİDEO

Şəmkirdə elektrik yarımstansiyasında yanğın olub - FOTO  - YENİLƏNİB  - VİDEO
# 30 noyabr 2022 11:58 (UTC +04:00)

Şəmkir rayonunun Dəllər qəsəbəsində ümumi sahəsi 480 m² olan yarımstansiyanın yanar konstruksiyaları 80 m² sahədə, içərisində transformatorun yanar hissələri, 7 ədəd yağ açarı və 25 p.m kabel yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbərə görə, yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

11.05

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllərcəyir elektrik yarımstansiyasında qeydə alınb. Yarımstansiyada transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, stansiyanın əhatə etdiyi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR