Şəmkirdə maşın işıq dirəyinə çırpılıb, yaralanan var

Şəmkirdə maşın işıq dirəyinə çırpılıb, yaralanan var
# 27 noyabr 2022 15:17 (UTC +04:00)

Şəmkirdə 1 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşının yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü Sevinc Quliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR