Şəmkirdə sərxoş kişini qatar vurub

Şəmkirdə sərxoş kişini qatar vurub
# 12 iyun 2022 21:29 (UTC +04:00)

Şəmkirdə 51 yaşlı kişini qatar vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Dəllər stansiyasının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən 51 yaşlı Əliyev Elvarı vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Məlumata görə, 51 yaşlı kişi hadisə vaxtə sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR