Şəmkirdə yol qəzasında türkiyəli sürücü xəsarət alıb

Şəmkirdə yol qəzasında türkiyəli sürücü xəsarət alıb
# 27 yanvar 2023 08:33 (UTC +04:00)

Şəmkirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının yoluun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü - Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Ali Mendi Zayiroğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR