Şərurda avtomobil piyadanı vuraraq öldürüb

Şərurda avtomobil piyadanı vuraraq öldürüb
# 20 sentyabr 2022 10:46 (UTC +04:00)

Şərurda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 18-də saat 5 radələrində Şərur rayonunun Aşağı Daşarx kəndi ərazisində Ordubad rayon sakini İ.Ələkbərov idarə etdiyi “Foton” markalı avtomobillə yolu keçən kənd sakini Sahil Qəhrəmanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.
Şərur Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR