Sərxoş halda maşınla 12 yaşlı uşağı vurub öldürən şəxsə hökm oxunub

Sərxoş halda maşınla 12 yaşlı uşağı vurub öldürən şəxsə hökm oxunub
# 05 may 2022 15:22 (UTC +04:00)

Sərxoş halda idarə etdiyi avtomobillə azyaşlının ölümünə səbəb olan Anar Hacaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, Anar Hacaliyev 5 il 6 ay azadlıqdan məhrum edilib.
Zərərçəkmiş azyaşlının anası hökmlə razılaşmayıb. O, təqsirləndirilən şəxsin avtomobili qəsdən oğlunun üstünə sürdüyünü iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR