Şirkətdən 110 min manatlıq mənimsəməyə görə cinayət işi başlanıb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 06 iyul 2022 16:31 (UTC +04:00)

“A+CO” ASC-nin əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Şəki rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində işləyən Rza İbrahimovun 01.02.2021-ci il tarixindən 03.06.2022-ci il tarixədək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 851 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR