Şirvanda avtomobil piyadaları vurub, ölən və yaralılar var - VİDEO

Piyadaları vuran avtomobil

© APA | Piyadaları vuran avtomobil

# 06 yanvar 2022 08:34 (UTC +04:00)

Şirvanda "NİVA" markalı avtomobil piyadaları vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan yolunda qeydə alınıb.

Qəza nəticəsində Şirvan sakini, 1954-cü il təvəllüdlü Hüseynov Vaqif Sarxan oğlu ölüb, 3 nəfər (Sabirabad sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Samir Ağabəy oğlu, Şirvan sakinləri - 1969-cu il təvəllüdlü Xudiyev Vaqif Qardaşəli oğlu və 1999-cu il təvəllüdlü Əsgərov Murad Orxan oğlu) yaralanıb.

Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR