Siyəzəndə avtobusun aşması nəticəsində xəsarət alan olmayıb - YENİLƏNİB - VİDEO

Siyəzəndə avtobusun aşması nəticəsində xəsarət alan olmayıb - YENİLƏNİB  - VİDEO
# 11 yanvar 2023 00:32 (UTC +04:00)

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində "Hyundai" markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb: "Avtomobil dayandan sorna sürüşməyə başlayıb və aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır".

***

00.05

Bakı-Quba yolunun Siyəzən rayon ərazisində keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan "Hyundai" markalı 50-EA-628 markalı avtobus yolun buz bağlaması səbəbindən aşıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR