Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq ölüb - VİDEO

Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq ölüb - VİDEO
# 09 yanvar 2023 11:09 (UTC +04:00)

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq ölüb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.

"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik", DİN-in məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR