Siyəzəndə yük maşınları toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB - VİDEO

Siyəzəndə yük maşınları toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB  - VİDEO
# 23 iyul 2022 12:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

APA FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində “Ford” və "Volvo" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

11:52

Siyəzəndə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, hadisə Bakı-Quba magistralının 106-cı km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

"Ford" və TIR-ın toqquşması nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR