Sosial şəbəkələrdə hədə-qorxu gələn şəxs saxlanılıb

Sosial şəbəkələrdə hədə-qorxu gələn şəxs saxlanılıb
# 18 iyul 2022 10:55 (UTC +04:00)

Bakıda sosial şəbəkələrdə hədə-qorxu gələn şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y. Məmmədov müəyyən edilərək saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR