Bank Of Baku

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb - FOTO - VİDEO

Sumqayıtda yol qəzası

© APA | Sumqayıtda yol qəzası

# 14 mart 2022 02:04 (UTC +04:00)

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza axşam saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən qadını "Mercedes" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada ölüb. Hadisəni törədən sürücü saxlanılıb, avtomobil isə duracağa yerləşdirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Ölən piyadanın Abşeron rayonu, Saray qəsəbə sakini 1983-cü il təvəllüdlü Nağıyeva Lalə Xanqulu qızı olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR