Sumqayıtda əri tərəfindən döyülən qadın xəsarət alıb

Sumqayıtda əri tərəfindən döyülən qadın xəsarət alıb
# 18 oktyabr 2019 00:56 (UTC +04:00)

Sumqayıtda ailə münaqişəsi zəminində düşən mübahisə xəsarətlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü İsmayılova Aygül İlqar qızı ilə həyat yoldaşı arasında düşən mübahisə dava ilə nəticələnib. Nəticədə 34 yaşlı qadın əri tərəfindən döyülərək burnu sındırılıb. O, xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR