Sumqayıtda keçmiş məhkumdan heroin, “beşbarmaq” aşkar edilib

Sumqayıtda keçmiş məhkumdan heroin, “beşbarmaq” aşkar edilib
# 01 yanvar 2022 11:57 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov saxlanılmışdır.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin, marixuana, metamfetamin, həmçinin “Baikat” markalı tapança və 1 ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR