Sumqayıtda mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb - FOTO - VİDEO

Sumqayıtda yol qəzası

© APA | Sumqayıtda yol qəzası

# 11 may 2022 10:23 (UTC +04:00)

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb, xəsarət alanlar var.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb. Şirkətlərdən birinə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarina aşırıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR