Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB
# 24 avqust 2019 22:05 (UTC +04:00)

Sumqayıtın 17-ci mikrorayonunda yerləşən "Nur" şadlıq sarayında baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, hazırda ərazidə soyutma işləri aparılır.

Yanğının mətbəxdəki tüstü bacasından başladığı bildirilir. Bu səbəbdən də alov daha çox binanın damını bürüyüb.

***

Saat 21:48

Sumqayıtda yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, sarayın binasında toy məclisi təşkil olunubmuş və yanğın da mətbəxin bacasından başlayıb. Binada olan bütün toy iştirakçıları təcili təxliyyə olunub.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR