Sumqayıtda yataqxanada yanğın olub - FOTO

Sumqayıtda yataqxanada yanğın olub  - FOTO
# 07 noyabr 2022 16:43 (UTC +04:00)

Sumqayıtda yataqxanada yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 29-cu məhəlləsində 1 saylı yataqxanada olub. Belə ki, yataqxananın 3-cü mərtəbəsində pilləkən qəfəsində qısaqapanma baş verib və nəticədə orada olan sayğaclar yanıb. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR