Bank Of Baku

Sumqayıtda yol qəzası zamanı bir nəfər ölüb - FOTO - YENİLƏNİB

Sumqayıtda yol qəzası zamanı bir nəfər ölüb  - FOTO   - YENİLƏNİB
# 01 mart 2022 00:23 (UTC +04:00)

Xəbərə foto əlavə olunub

***

23.48

Sumqayıtda "Mercedes" markalı avtomobil ilə yük maşını toqquşub, ölən və yaralılar var.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Ağır qəza nəticəsində minik avtomobilinin sürücüsü 1955-ci il təvəllüdlü Adışov Əliş Qarakişi oğlu hadisə yerində dünyasını dəyişib.

Minik avtomobilində olan sərnişinlər - 1986-cı il təvəllüdlü Həsənova Sevinc Zeyibşah qızı, 1971-ci il təvəllüdlü İsakova Gülarə Minacəddin qızı,1972-ci il təvəllüdlü İsakova Lətifə Lətif qızı müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Daha bir nəfər 1991-ci il təvəllüdlü İsakov Şəhriyar Bəxtiyar oğluna isə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

Qəzada ölən şəxsin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR