Suraxanıda avtomobillə vurulan qadın xəstəxanada ölüb

Suraxanıda avtomobillə vurulan qadın xəstəxanada ölüb
# 07 yanvar 2022 13:57 (UTC +04:00)

Suraxanı rayonunda iki gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.

DİN-dən APA-ya verilən məlumata görə, yanvarın 5-də saat 7 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Şabanzadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülçöhrə Xudaverdiyevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın yanvarın 6-da orada ölüb. Suraxanı RPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR