Suraxanıda ev yanıb, xəsarət alan var

Suraxanıda ev yanıb, xəsarət alan var
# 06 yanvar 2022 15:49 (UTC +04:00)

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 238 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 135 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR