Sürücülük hüququ olmadan sərnişin avtobusunu idarə edən şəxs saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, sürücülük vəsiqəsi olmadığı halda avtobus idarə edərək sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs DİN-in Baş DYP İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən ifşa edilib.
Belə ki, “Ford” markalı, 02-BF-563 dövlət qeydiyyat nişanlı avtobusu sərnişin daşımaqla idarə edən Vaqif Alışov bölüyün əməkdaşları tərəfindən saxlanılıb sənədləri yoxlanılarkən onun ümumiyyətlə, nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.
Vaqif Alışov əməlindən peşman olduğunu bildirsə də, araşdırma zamanı onun analoji qanun pozuntusuna yol verdiyi üçün əvvəllər də inzibati məsuliyyətə cəlb edildiyi məlum olub.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vaqif Alışov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs edilib.
Sürücülük hüququ olmadan avtobus sürən şəxs həbs edilib
29 iyun 2022 11:17 (UTC +04:00)
Hadisə
Qubada həyat yoldaşının sağlamlığına ağır zərər vuran şəxs intihar edib
00:39
27 aprel 2024
Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var
20:19
26 aprel 2024
Goranboyda minik avtomobilli aşıb, xəsarət alanlar var
19:00
26 aprel 2024
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
18:55
26 aprel 2024