Sürücülük hüququ olmayan şəxs Bakıda uşağı vuraraq öldürüb 

Sürücülük hüququ olmayan şəxs Bakıda uşağı vuraraq öldürüb 
# 01 sentyabr 2022 21:45 (UTC +04:00)

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda qeydə alınıb.

Sürücülük hüququ olmayan paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli “VAZ-21099” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Sadıxova Könül Samir qızını vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Qəza törətməkdə şübhəli bilinən Nizami Rəhimli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR