Şüvəlanda fermadan 8500 manatlıq arpa oğurlanıb

Şüvəlanda fermadan 8500 manatlıq arpa oğurlanıb
# 29 sentyabr 2022 11:41 (UTC +04:00)

Bakıda fermadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə Şüvəlan qəsəbəsi ərazisindəki bir fermadan 8500 manat dəyərində arpa və 200 ədəd dibçəyin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Cavid Məmmədov və İrşad Musalı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR