Tanınmış ginekoloqun intiharı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Xalidə Kəngərli

© APA | Xalidə Kəngərli

# 28 iyun 2022 18:26 (UTC +04:00)

Bakıda tanınmış ginekoloqun intiharı ilə bağlı cinayət işi açılıb.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

***

12.05

Bakıda tanınmış həkim intihar edib.

APA xəbər verir ki, ötən gün tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR