Tanınmış məşqçi olan həyat yoldaşını qətlə yetirən qadının istintaqı başa çatıb

Tanınmış məşqçi olan həyat yoldaşını qətlə yetirən qadının istintaqı başa çatıb
# 21 dekabr 2022 08:57 (UTC +04:00)

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Qalabəylinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevın icraatına verilib.

Qeyd edək ki, hadisə sentyrabrın 2-də Xətai rayonu ərazisində qeydə alınıb.

Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Onu da qeyd edək ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir.

O, “Sərhədçi” idman kompleksində çalışırmış.

Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR