Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
# 19 sentyabr 2019 11:26 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxış iclası sentyabrın 24-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində baş verib.

1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR