Təcridxanaya narkotik keçirmək istəyən Gəncə sakini tutulub

Təcridxanaya narkotik keçirmək istəyən Gəncə sakini tutulub
# 24 sentyabr 2019 12:20 (UTC +04:00)

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 182.1 və 180.1-ci maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Baxşıyev Türbət Bəhruz oğluna tanışı, Gəncə şəhər sakini Yusibov Firdovsi Abdulrəhman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman bibər turşusunun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0.2 qram olan narkotik dərman həbləri və kristal formalı maddə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR