Tərtərdə traktor piyadanı vuraraq öldürüb

Tərtərdə traktor piyadanı vuraraq öldürüb
# 22 iyun 2022 12:59 (UTC +04:00)

Tərtərdə yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 21-də saat 17 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Sarov kənd sakini P. Əliyev idarə etdiyi “T-28” markalı traktorla yolu keçən kənd sakini Bayram Alquliyevi vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR