Tovuzda 16 yaşlı oğlanı avtomobil vurub

Tovuzda 16 yaşlı oğlanı avtomobil vurub
# 19 iyul 2019 23:37 (UTC +04:00)

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, avtoqəza Qovlar şəhərində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Məhərrəmov Məhəmməd Qoşqar oğlu yolu keçmək istəyərkən onu "VAZ 2107" markalı minik maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Qəzanın araşdırılması ilə əlaqədar sürücü saxlanılıb və ifadəsi alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR