Tovuzda avtoservis yanıb - VİDEO

Tovuzda avtoservis yanıb - VİDEO
# 15 iyul 2022 22:23 (UTC +04:00)

Tovuzda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Sözügedən ünvanda yerləşən Elburus Həsənova məxsus avtomobil təmiri sexində anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 200 kvadrat metrlik 3 boksun 150 kvadrat metri, həmçinin təmir sexində olan "Mercedes" markalı mikroavtobus və "Renault Megane" markalı minik avtomobili yanıb. Təmir sexinin qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR