Tovuzda keçmiş ər həyat yoldaşını qətlə yetirib - YENİLƏNİB - FOTO - VİDEO

Tovuzda keçmiş ər həyat yoldaşını qətlə yetirib  - YENİLƏNİB   - FOTO  - VİDEO
# 15 noyabr 2022 23:50 (UTC +04:00)

Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov maddi sübtla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib.

***

23.32

Tovuzda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanın həyat yoldaşı tərəfindən qətlə yetrildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə ər həyat yoldaşını başını kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR