Kür çayında meyit tapılıb.
APA xəbər verir ki, çayın Şəmkir rayon ərazisindən keçən hissəsindən 1975-ci il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun meyiti sudan çıxarılıb.
Meyit eskpertizaya verilib.
Qeyd edək ki, Tovuz rayon sakini Eldəniz Məmmədovun ötən ilin dekabr ayından itkin düşməsi ilə bağlı məlumat yayılıb.
***
15.24
Kür çayından meyit tapılıb.
APA-nın xəbərinə görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Kürdən kişi meyitinin tapıldığı bildirilir.
Məlumata görə, meyiti tapılan şəxs ötən il Tovuzda balıq tutmağa gedən zaman itkin düşən Eldəniz Məmmədovdur.
Səlcuq Elçin
Fuad Nazimoğlu