Tovuzda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb - FOTO

Tovuzda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb - FOTO
# 06 sentyabr 2022 00:45 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “KIA Srento” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR