Tovuzda minik maşını ilə toqquşan motosikletin sürücüsü dünyasını dəyişib - YENİLƏNİB

Tovuzda minik maşını ilə toqquşan motosikletin sürücüsü dünyasını dəyişib - YENİLƏNİB
# 14 oktyabr 2019 08:08 (UTC +04:00)

Tovuzda avtomobillə toqquşan motosikletin sürücüsü dünyasını dəyişib.

APA-nın qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Əliyev Babək Sabir oglu xəstəxanada keçinib.

Qeyd edək ki, motosikletlə toqquşan avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları aparılır.

***

Saat 23:20

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz avtovağzalının qarşısında qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletlə minik maşınının toqquşması nəticəsində birincinin sürücüsü 1984-cü il təvəllüdlü Əliyev Babək Sabir oglu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR