Tovuzda oğul ondan pensiya kartını istəyən atasını çəkiclə vurub öldürüb

Tovuzda oğul ondan pensiya kartını istəyən atasını çəkiclə vurub öldürüb
# 21 avqust 2019 22:14 (UTC +04:00)

Tovuz rayonda ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı quşçu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 85 yaşlı Məsimov Müzəffər Bayram oğlu uzun müddət oğlu Rasim Məsimovda olan özünə məxsus pensiya kartını geri istəyib. 50 yaşlı oğul R.Məsimov isə atasının dedikləri ilə razılaşmayıb. Ata ilə oğul arasında yaranan mübahisə davaya çevrilib. Oğlu çəkiclə atasının başına zərbə endirib. M.BMəsimov aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR