Tovuzda qadını maşın vurub öldürüb

Tovuzda qadını maşın vurub öldürüb
# 24 yanvar 2022 22:06 (UTC +04:00)

Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "Nazlifan "markalı minik maşını yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Nüşabə Məmmədovanı vurub. Piyada hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR