Transformatorun hissələrini oğurlayan şəxs saxlanılıb

Transformatorun hissələrini oğurlayan şəxs saxlanılıb
# 24 dekabr 2021 12:41 (UTC +04:00)

Bakıda "Azərişıq"dan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.R.Ulutürk küçəsindəki “Azərişıq” ASC-yə məxsus transformatordan 10 ədəd rele və 20 kiloqram mis oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş D.Kərimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR