Türkiyədə həlak olan sürücünün nəşi Azərbaycana yola salınıb

Şahlar Kərimov

© APA | Şahlar Kərimov

# 04 iyul 2022 16:50 (UTC +04:00)

Türkiyənin Artvin vilayətində baş verən təbii fəlakət zamanı həlak olan sürücü Şahlar Kərimovun nəşi Azərbaycana yola salınıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimov həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR