Ucarda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 27-də saat 22 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində rayon sakini X.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Vüsal Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Məmmədov mayın 28-də ölüb.
Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.