Üçüncü doza peyvəndə görə saxta sənəd düzəldən tibb işçisinə cinayət işi açılıb

Üçüncü doza peyvəndə görə saxta sənəd düzəldən tibb işçisinə cinayət işi açılıb
# 29 dekabr 2021 11:57 (UTC +04:00)

“Qobustan rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsin Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə APA-ya Qobustan rayon prokurorluğundan bildirilib.

Məlumata görə, araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR