Vətən müharibəsinin iştirakçısı olmuş polkovniki maşın vurub öldürüb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Vətən müharibəsinin iştirakçısı olmuş polkovniki maşın vurub öldürüb  - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 09 iyun 2022 16:34 (UTC +04:00)

Ötən gün Gəncədə avtomobilin vuraraq öldürdüyü şəxs ehtiyatda olan zabit olub.

APA xəbər verir ki, yol qəzasında ölən 1982-ci il təvəllüdlü Şöhrət Namazov 2016-cı ilin aprel döyüşləri və Vətən müharibəsində iştirak edib.

Polkovnik-leytenant Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılıb.

***

09.41

Gəncədə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Röyal İsmayılov idarə etdiyi "KİA" markalı minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Şöhrət Namazovu vurub.

Piyada xəstəxanaya aparılarkən keçinib.

Faktla bağlı araşdırma aparılır.

***

8 iyun, 22:04

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR