Xaçmazda dəm qazından zəhərlənən qız ölüb, ananın vəziyyəti orta ağırdır

Xaçmazda dəm qazından zəhərlənən qız ölüb, ananın vəziyyəti orta ağırdır
# 16 yanvar 2022 14:43 (UTC +04:00)

Xaçmaz rayonunda dəm qazından boğulma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.

Kənd sakinləri 1987-ci il təvəllüdlü Nargözəl Əhmədova və qızı 9 yaşlı Maral dəm qazı zəhərlənməsi diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Göstərilən ilkin tibbi yardım və reanimasion tədbirlərə baxmayaq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Nə.Əhmədovanın vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR