Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus xeyli sayda silah-sursat aşkar edilib. Tapılan 3 avtomat, 2 qumbaraatan, 1 pulemyot, 1 tapança silahları, eləcə də 12 ədəd tank və 5 ədəd piyada əleyhinə mina, 30 ədəd qumbaraatan mərmisi, 2318 ədəd müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
Xocavənddə xeyli silah-sursat aşkarlanıb - VİDEO
29 iyul 2022 11:13 (UTC +04:00)
Hadisə
Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var
20:19
26 aprel 2024
Goranboyda minik avtomobilli aşıb, xəsarət alanlar var
19:00
26 aprel 2024
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
18:55
26 aprel 2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
17:54
26 aprel 2024