Yasamalda avtoservisdə yanğın olub

Yasamalda avtoservisdə yanğın olub
# 04 may 2022 10:30 (UTC +04:00)

Bakının Yasamal rayonunda avtoservisin ərazisində təmirə dayanan "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin qapısı qismən deformasiyaya uğrayıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR