Yasamalda evdən meyit tapılıb

Yasamalda evdən meyit tapılıb
# 03 dekabr 2022 12:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində 1 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR