Yasamalda intihara cəhdin qarşısı alınıb

Yasamalda intihara cəhdin qarşısı alınıb
# 11 may 2022 16:23 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

APA FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR